• 30 °C
|

Kürdəmirdə ev yanıb

8 Sentyabr 2025
img

Kürdəmirdə ev yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sığırlı kənd sakini Sarvan Sərdərova məxsus evdə güclü yanğın baş verib. Hadisə nəticəsində fərdi yaşayış evi və talvarın bir hissəsi yanıb. Hadisə yerinə FHN-nin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fakt araşdırılır.