• 12 °C
|

Tramp Milli Qvardiyanı Nyu-Yorka yerləşdirməyi planlaşdırır

20 Sentyabr 2025
img

ABŞ prezidenti Donald Tramp cinayəti cilovlamaq üçün Milli Qvardiyanın Nyu-Yorka, o cümlədən Çikaqo, Memfis və Nyu Orleansa yerləşdirilməsini planlaşdırır.

APA xəbər verir ki, Trump bu haqda Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.

Yüksək cinayət nisbətlərindən əziyyət çəkən böyük şəhərləri sadalayan Tramp "Biz Nyu-Yorka gedəcəyik", – deyə bildirib.