• 30 °C
|

Goranboyda 36 yaşlı qadın öldürülüb, əri saxlanılıb

20 Sentyabr 2025
img

Goranboyda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.