• 18 °C
|

Lənkəranda sel suları həyətlərə dolub

27 Sentyabr 2025
img

Lənkərana yağan intensiv yağışlar şəhər ərazisində bir sıra çətinliklər yaradıb.

APA-nın cənub bürosunun xəbərinə, intensiv yağışlar nəticəsində sel suları həyətlərə dolub, nəqliyyatın hərəkətində problem yaranıb.

Su basan ərazilərə FHN-in əməkdaşları cəlb olunub. Həyətlərdə yığılan yağış sularının çəkilməsi istiqamətində işlər davam etdirilir.

Lənkəranda leysan xarakterli yağış davam edir.