20 Mar 2026

ABŞ Dövlət Departamenti Avstraliyaya 48 ədəd HIMARS reaktiv raket sistemi və əlaqəli avadanlığın 705 milyon dollara satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Pentaqon açıqlama verib.
"Dövlət Departamenti M142 yüksək mobil artilleriya raket sistemləri və əlaqəli avadanlıqların Avstraliya hökumətinə 705 milyon dollara potensial satışını təsdiqləyib", – açıqlamada deyilir.
Açıqlamada həmçinin bildirilir ki, satış ABŞ-ın milli təhlükəsizliyi üçün vacibdir. Çünki Avstraliya ölkənin Qərbi Sakit Okeandakı strateji müttəfiqlərindən biridir.