• 17 °C
|

Ərdoğanla Putin arasında telefon danışığı baş tutub

7 Oktyabr 2025
img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, liderlər telefon danışığı zamanı Türkiyə–Rusiya ikitərəfli əlaqələr, o cümlədən regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan söhbət zamanı Rusiyalı həmkarını ad günü münasibətilə də təbrik edib.