• 17 °C
|

Ərdoğan sabah Qəzza sammiti üçün Misirə gedəcək

12 Oktyabr 2025
img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Misirə səfər edəcək.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərinə görə, Türkiyə Prezidenti Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar keçiriləcək sammitdə iştirak edəcək.

Qeyd edək ki, oktyabrın 13-də Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar sammit keçiriləcək. ABŞ Prezidenti Donald Trampın qatılacağı sammitə Azərbaycan da dəvət olunub.