• 16 °C
|

Türkiyə Müdafiə Nazirliyində rüşvət iddiası ilə bağlı 33 nəfər saxlanılıb, 9-u həbs edilib

12 Oktyabr 2025
img

Ankara Respublika Baş Prokurorluğunun Məmur Cinayətləri İstintaq Bürosu və Milli Müdafiə Nazirliyinin apardığı koordinasiyalı araşdırmalar zamanı, nazirlikdən tələb olunan bəzi icazə sənədləri qarşılığında mənfəət əldə edildiyi müəyyən edilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Baş Prokurorluğun başlatdığı istintaq çərçivəsində 33 nəfər “rüşvət alma, vermə və rüşvətə vasitəçilik” ittihamları ilə saxlanılıb.

Məhkəməyə çıxarılan 33 nəfərdən 9-u həbs edilib, digər 24 nəfər isə polis nəzarəti şərti ilə azadlığa buraxılıb.