• 20 °C
|

HAMAS tapdığı bütün girovların cəsədlərini İsrailə təhvil vermək niyyətindədir

26 Oktyabr 2025
img

HAMAS hərəkatı Qəzza zolağında tapdığı bütün girovların cəsədlərini İsrailə təhvil vermək niyyətindədir.

APA xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Musa Əbu Mərzuq məlumat verib.

"[Atəşkəs] sazişinin bütün müddəaları aydınlaşdırılmalı və danışıqlar aparılmalı olan ümumi məsələlərə aiddir. Girov cəsədlərinə gəldikdə, biz sahib olduğumuz və tapdığımız bütün cəsədləri təhvil verməyə öhdəlik götürmüşük", – o deyib.