
Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin texniki nümayəndə heyəti konsulluq xidmətlərinin bərpası üzərində işləmək üçün Rusiyaya səfər edib.
APA xəbər verir ki, nazirlikdən SANA xəbər agentliyinə verilən məlumata görə, Suriya nümayəndə heyəti konsulluq və inzibati xidmətlərin bərpası və fasiləsiz iş axınının təmin edilməsi üçün hərtərəfli fəaliyyət planının hazırlanması üzərində işləyəcək.
2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Moskvadakı Suriya səfirliyinin üzərində yeni bayraq qaldırılıb və diplomatik nümayəndəlik adi qaydada fəaliyyətini davam etdirəcəyini açıqlayıb.