• 10 °C
|

Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri ilə bağlı paylaşım edib

1 Noyabr 2025
img

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun azad edilmiş ərazilərə 20-ci səfəri ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, diplomat budəfəki səfərin Zəngəzur dəhlizi boyunca Cəbrayıl və Zəngilan istiqamətində olduğunu bildirib.