• 10 °C
|

İsrailin Azərbaycandakı səfiri Qarabağ səfərindən paylaşım edib

1 Noyabr 2025

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Qarabağ səfərindən təəssüratlarını paylaşıb.

APA xəbər verir ki, o bu barədə “X”də paylaşım edib.

"Qarabağa ikinci səfərimdir. İşlərin və tikinti prosesinin irəliləyişi sadəcə inanılmazdır. Körpülər, dəmir yolları, yollar, tunellər, kəndlər və şəhərlər – hamısı sürətlə inkişaf edir. Növbəti səfərimdə bu irəliləyişi görmək üçün səbirsizliklə gözləyirəm", deyə paylaşımda qeyd olunub.