• 17 °C
|

Suriya İŞİD-ə qarşı mübarizədə Qərblə əməkdaşlıq edəcək

11 Noyabr 2025
img

Suriya ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya iləİŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etməyə razılıq verib.

APA xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin informasiya naziri Həmzə Mustafa məlumat verib.

"Suriya İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi imzalayıb və terrorizmə qarşı mübarizədə və regional sabitliyin qorunmasında tərəfdaş kimi rolunu bir daha təsdiqləyib", – o “X” hesabında yazıb.