• 19 °C
|

Livan İsrailin inşa etdiyi divar səbəbindən BMT Təhlükəsizlik Şurasına şikayət edəcək

16 Noyabr 2025
img

Livan İsrailin bir neçə yerdə məhdudlaşdırıcı divar tikintisinə cavab olaraq BMT Təhlükəsizlik Şurasına müraciət etməyə qərar verib.

APA xəbər verir ki, bu barədə prezident Cozef Aunun administrasiyasının açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, İsrail ordusu tərəfindən inşa edilən divar cənub bölgəsinin sakinlərinə məxsus torpaq sahələrinə çıxışı məhdudlaşdırır.

Noyabrın 14-də BMT-nin Livandakı Sülhməramlı Qüvvələrinin (UNIFIL) komandanlığı İsraili divarın bir neçə hissəsinin sökülməsinə və Livan ərazisində aparılan tikinti işlərinin dərhal dayandırılmasına dair xəbərdar edib. Bildirilib ki, bu fəaliyyətlər “BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin və Livanın suverenliyinin ciddi şəkildə pozulması” hesab olunur.