• 18 °C
|

“İslami Cihad” ABŞ-ı Qəzza ilə bağlı razılaşmaları pozmaqda ittiham edib

18 Noyabr 2025
img

ABŞ-ın təklifi ilə BMT Təhlükəsizlik Şurasının bir gün əvvəl qəbul etdiyi qətnamə, ABŞ-ın münaqişənin həlli və Qəzzanın müharibədən sonrakı quruluşu ilə bağlı ilkin razılaşmaları pozduğunu göstərir.

APA xəbər verir ki, bunu Fələstinin “İslami Cihad” hərəkatının nümayəndəsi Məhəmməd əl-Həc Musa bildirib.

“Fələstin fraksiyaları əvvəlcə ABŞ prezidenti Donald Trampın əsirlərin dəyişdirilməsi məsələləri üzrə dolayı danışıqlar çərçivəsində irəli sürdüyü planı dəstəkləmişdi. Biz nizamlama prosesinin birinci mərhələsi ilə razılaşmışdıq. Bundan sonra ikinci mərhələnin gəlməsi və həmin mərhələdə digər məsələlərin, o cümlədən müharibədən sonrakı dövrdə Qəzzanın idarə olunmasının müzakirəsinə başlanılması nəzərdə tutulurdu. Biz danışıqlar prosesinin bütün şərtlərinə əməl etdik, nizamlanmanın birinci mərhələsində atəşkəs razılaşmasının bütün müddəalarını yerinə yetirdik. Bunu İsrail haqqında demək olmaz. Biz dolayı danışıqları davam etdirməyə hazır idik. Lakin baş verənlər göstərir ki, ABŞ administrasiyası bütün razılaşmaları pozub. Çünki indi BMT Təhlükəsizlik Şurası vasitəsilə beynəlxalq nəzarəti tətbiq etməyə cəhd göstərilir”, – o deyib.