• 17 °C
|

Kavelaşvili: Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhü alqışlayır

19 Noyabr 2025
img

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin paraflanmasını alqışlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı Vaaqn Xaçaturyanla keçirdiyi təkbətək görüşdə deyib.

O bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasını qətiyyətlə dəstəkləyir və bu prosesə lazım gəldikə bundan sonra da töhfə verməyə hazırdır.