22 Noy 2025

Türkiyənin Hatay şəhərinin Belen rayonunda yeddi mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.
APA xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd olunur ki, hadisə nəticəsində iki nəfər ölüb, daha on dörd nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər yanğınsöndürənlər tərəfindən təxliyə edilib və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.