• 13 °C
|

Papuaşvili: Azərbaycanla Ermənistan arasında sülh Qara dəniz bölgəsi üçün böyük potensial açıb

24 Noyabr 2025
img

Gürcüstan Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün davam edən səyləri alqışlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili QDİƏT PA-nın Sofiyada keçirilən 66-cı Baş assambleyasında çıxışı zamanı deyib.

O, sülhün bərqərar olmasını daha geniş region üçün tarixi bir fürsəti adlandırıb.

“Sülhün əldə olunması Cənubi Qafqazda təhlükəsiz sahəsində vəziyyəti dəyişib və iqtisadi tərəqqi və əlaqələrin inkişafı baxımından bütövlükdə Qara dəniz bölgəsi üçün böyük potensial açıb”, – spiker əlavə edib.

Papuaşvili həmçinin qeyd edib ki, Gürcüstan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları alqışlayır.