
Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub.
APA xəbər verir ki, qeydolunma mərasimində səfirlər, ataşelər, Milli Məclis üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan və Rumıniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Ardınca Rumıniyanın ölkəmizfəki səfiri Vasile Soare, sonra isə fəxri qonaq qismində Milli Məclisin sədr müavini Musa Qasımlı çıxış edib.
Natiqlər hər iki ölkənin münasibətləri möhkəmləndirməyə əzmli olduğunu vurğulayıblar və indiyə qədər ikitərəfli əlaqələr çərçivəsində aparılan əməkdaşlıqlar barədə danışıblar.
Rumıniya səfiri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığınə bildirib və buna münasibətlə ölkəmizi təbrik edib.
Mərasimin mədəni hissəsində isə Rumıniyadan olan folklor qrupu səhnədə çıxış edib və insanları əyləndirib.
Tədbir müxtəlif səhnə nümayişləri ilə davam edib.