• 6 °C
|

Kürdəmirdə baş verən qəzada yaralananların adları məlum olub – YENİLƏNİB

1 Yanvar 2026
img

Kürdəmirdə baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, bunlar avtomobildə olan sərnişinlər Bakı şəhər sakinləri- 1980-ci il təvəllüdlü Novruzova Südabə Müzakir qızı və 1983-cü il təvəllüdlü Novruzova Natavan Vaqif qızıdır.

Bir nəfərin isə xəsarəti yüngül olduğundan ilkin yardım edilərək evə buraxılıb.

***

12:10

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var.

APA– nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İbrahim Novruzovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan 3 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.