03 Yan 2026

İran polisi Əlbürz vilayətində iğtişaşlarda iştirak edən 14 nəfəri saxlayıb.
APA Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə polis briqada generalı Həmid Hodavənd məlumat yayıb.
Onun sözlərinə görə, saxlanılan şəxslər partlayıcı maddələr və “Molotov kokteyli” hazırlanan emalatxanada polis əməkdaşları tərəfindən ələ keçirilib.
Hodavənd bildirib ki, faktla bağlı araşdırmalar davam etdirilir və əlavə məlumatlar yaxın vaxtlarda açıqlanacaq.