• 21 °C
|

Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var

3 Yanvar 2026
img

Şabranda mənzilin tavanı çöküb.

APA-nın Şimal bürosu xəbər verir ki, şəhərin dəmiryolu stansiyası ətrafında olan iki mərtəbəli çoxmənzilli binalardan birində mənzilin tavan hissəsi sakinlərin üzərinə çöküb. Bir neçə nəfərin yüngül xəsarətləraldığı bildirilir.

Şabran rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə istismar dövrünü başa vuran binalardan birində baş verib. Həmin bina İH-nin balansında deyil.
Fakt araşdırılır.