
Kürd koalisiyası olan Suriya Demokratik Qüvvələri yanvarın 4-də Dəməşqdə ölkənin şimal-şərqindəki vəziyyətin nizamlanmasına həsr olunmuş danışıqlar aparıb.
APA xəbər verir ki, bu barədə “Al Watan” məlumat yayıb.
Nəşrin yazdığına görə, kürd nümayəndə heyətinə Suriya Demokratik Qüvvələrinin komandanı Məzlum Abdi rəhbərlik edib. Görüşdə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının əməliyyat qərargahına başçılıq edən amerikalı general Kevin Lambert də iştirak edib.
Hökumət mənbəsi bildirib ki, 2025-ci ilin dekabrında Hələb ətrafında baş verən toqquşmalardan sonra tərəflər arasında dialoqun bərpası hələlik ciddi nəticə verməyib.
Mənbənin sözlərinə görə, kürd tərəfi 10 mart 2024-cü il tarixli razılaşmanın icrasını ləngitməkdə davam edir.
Həmin razılaşma Suriya Demokratik Qüvvələrinin döyüşçülərinin müntəzəm orduya inteqrasiyasını və onların nəzarətində olan ərazilərin Suriyanın qalan hissəsi ilə yenidən birləşdirilməsini nəzərdə tutur.