• 10 °C
|

Türk Hava Yolları Tehran, Təbriz və Məşhədə uçuşları ləğv edib – YENİLƏNİB

9 Yanvar 2026
img

Türk Hava Yolları (THY) Tehran, Təbriz və Məşhədə 17 uçuşu ləğv edib.

APA xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb.

Qeyd edilib ki, İranda son baş verən hadisələr səbəbindən 9-10 yanvar tarixlərində Tehran, Təbriz və Məşhədə planlaşdırılan ümumilikdə 17 uçuş ləğv edilib.

***

11:53

Türk Hava Yolları İranın paytaxtı Tehrana uçuşları ləğv edib.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbul Hava Limanının applikasiyasında qeyd olunub.