• 10 °C
|

Türkiyə Hələbdə SDQ-yə qarşı antiterror əməliyyatını məmnunluqla qarşılayıb

9 Yanvar 2026
img

Türkiyə Suriyadakı son hadisələri yaxından izləyir.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Suriya hökuməti bütün etnik qrupların bərabərliyi prinsipi əsasında vətəndaşların təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün Hələbdə antiterror əməliyyatları həyata keçirir. Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edir və terror təşkilatları ilə mübarizəsinə dəstək veririk”, – Yaşar Gülər vurğulayıb.

Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi Hələbin Suriya Demokratik Qüvvələrinin əlində olan ərazilərində atəşkəs elan edildiyini bəyan edib.

Xatırladaq ki, SDQ-yə verilən vaxt artıq başa çatıb. Suriya ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək üçün PKK/YPG mövqelərini bombalamağa başlayıb.

Hələbdə SDQ və Suriya ordusu arasındakı toqquşmalarda ölən mülki şəxslərin sayı 21-ə çatıb, 55 nəfər yaralanıb.

100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini tərk edib.