• 8 °C
|

KİV: HAMAS yeni liderini seçməyi planlaşdırır

13 Yanvar 2026

HAMAS bu ay ərzində yeni liderini seçəcək.

APA xəbər verir ki, bu barədə HAMAS-dan olan iki anonim mənbə “Reuters”ə danışıb.

Mənbələr potensial namizəd adı verməsələr də, “Reuters” Xəlil əl-Hayya və Xalid Meşaalın ən öndəgələn namizədlər olduğunu yazıb.

Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həyatını itirib.