• 12 °C
|

Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərini müzakirə edib

13 Yanvar 2026
img

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.