20 Yan 2026

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
APA xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib.
“Litva 1990-cı ilin yanvarında sovet təcavüzü zamanı şəhid olmuş günahsız insanların müqəddəs xatirəsini yad edən Azərbaycanın yanındadır.
Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin ruhları şad olsun”, – paylaşımda deyilir.