• 6 °C
|

Azərbaycan və İsrail XİN rəhbərləri görüşüb – YENİLƏNİB

26 Yanvar 2026
img

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İsrail xarici işlər naziri Gideon Saar arasında geniş ikitərəfli görüş keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla geniş sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.

Nazirlər, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.

Onlar öz regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verməyin vacibliyini vurğulayıblar.

Hər iki nazir Azərbaycan-İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər.

***

11:57

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri Gideon Saarla görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Ceyhun Bayramov Gideon Saarı qarşılayıb.

Nazirlər arasında təkbətək görüş keçirilir.