• 27 °C
|

SEPAH ABŞ-la gərginlik fonunda Hörmüz boğazında döyüş atışlı təlimlər keçirəcək

29 Yanvar 2026
img

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri 1-2 fevral tarixlərində Hörmüz boğazında döyüş atışlı təlimlər keçirəcək.

APA xəbər verir ki, bu barədə bu gün Press TV məlumat yayıb.

Qeyd edək ki, bu, ABŞ və İran arasında gərginliyin artması fonunda baş verir.