• 26 °C
|

Pezeşkian: ABŞ öhdəliklərinə qayıtsa, İran Hörmüz boğazını açacaq

29 Avqust 2026
img

ABŞ blokadanın və neft, neft-kimya məhsullarına dair sanksiyaların aradan qaldırılması, İranın dondurulmuş aktivlərinin azad edilməsi və Livanda atəşkəs kimi öhdəliklərinə əməl edərsə, Tehran Hörmüz boğazından keçidi açacaq.

APA xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian məlumat verib.

Pezeşkian İranın dövlət televiziyasına müsahibəsində Oman tərəfinin Hörmüz boğazının İslamabad anlaşmasına uyğun idarə olunmasını qəbul etdiyini deyib.

Onun sözlərinə görə, tərəflər keçid marşrutunun razılaşdırılmış yol xəritəsi əsasında açılması barədə yenidən razılığa gəliblər. Pezeşkian yol xəritəsinin İran tərəfindən təsdiqləndiyini bildirib.

İran prezidenti həmçinin İslamabad anlaşmasının icrası dövründə ölkəsinin təxminən 90 milyon barrel neft ixrac etdiyini qeyd edib.