
Göygöldə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) 29.01.2026-cı il tarixində saat 22:30 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmətlər göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.
***
23:23
Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü R. Heydərzadə və 1991-ci təvəllüdlü Ş. Tağıyev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır