• 11 °C
|

Çin və ABŞ narkotiklərlə mübarizədə əməkdaşlığı gücləndirəcək

13 Fevral 2026
img

Çin və ABŞ narkotiklərlə mübarizə sahəsində kəşfiyyat mübadiləsi aparıb.

APA xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Hər iki ölkənin nümayəndələri fevralın 9-dan 12-nə qədər görüşlər keçirib.

“Çin və ABŞ-dan olan komandalar narkotiklərlə bağlı vəziyyəti dərindən müzakirə edib. Kimyəvi maddələrə nəzarət, çirkli pulların yuyulması, zərərli onlayn informasiyaların təmizlənməsi sahələrində fikir mübadiləsi aparılıb”, – Çinin “Xinhua” agentliyinin məlumatında qeyd edilib.

Məlumatda o da bildirilib ki, Çin və ABŞ praqmatik şəkildə narkotiklərlə mübarizə üzrə əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.