14 Fev 2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16–17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Efiopiyaya səfər edəcək.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran məlumat verib.
O bildirib ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri, regional və qlobal proseslər müzakirə olunacaq. Görüş zamanı bir sıra sazişlərin də imzalanması nəzərdə tutulur.