• 7 °C
|

Cəlilabadda ikimərtəbəli ev yanıb

21 Fevral 2026
img

Cəlilabadda ikimərtəbəli evdə yanğın olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi Buravar kəndində kənd sakini Amil Abdullayevə məxsus evdə baş verib. Evdə başlayan yanğın qısa müddət ərzində bütün otaqlara yayılıb. Əraziyə FHN-nin Cəlilabad və Yardımlı rayonlarından olan yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb olunub. Bütün səylərə baxmayaraq, ikimərtəbəli ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisə zamanı ev sahibi ailəsi ilə birlikdə qardaşının evinə qonaq getdiyindən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.