• 30 °C
|

Türkiyədə 11 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzasında 20 nəfər yaralanıb

23 Fevral 2026
img

Türkiyənin Ərzurum vilayətində 11 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, hadisə zamanı TIR-a çırpılan sərnişin avtobusu aşıb.

Nəticədə ümumilikdə 20 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.