• 7 °C
|

Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb

6 Mart 2026
img

Martın 6-da saat 17 radələrində Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı şəhər sakini 36 yaşlı İ. Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngindən R. Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib.

İ. Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədən zaman istifadə etdiyi tüfəng aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.