• 7 °C
|

Lənkəranda idarəetməni itirən avtomobil qaz borusuna çırpılıb, xəsarət alan var – FOTOLENT

8 Mart 2026
img

Lənkəranda baş verən qəzada sürücü ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Şıxakəran kəndi ərazisində baş verib. Lənkəran rayonunun Siyavar kənd sakini 1963-cü il təvəllüdlü Vaqif Mahhmud oğlu Heydərov idarə etdiyi “VAZ-2104” markalı nəqliyyat vasitəsi ilə ilə Astara rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yoldan çıxaraq evlərdən birinin hasarına və qaz borusuna çırpılıb.

Qəza nəticəsində V.Heydərov ağır bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Vəziyyətinə uyğun olaraq müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.