• 7 °C
|

Şəmkirdə avtomobil aşıb, 5 nəfər xəsarət alıb

8 Mart 2026
img

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, “Nissan” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.