10 Mar 2026

Sabah Avropa İttifaqının Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edəcək.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Koşta Azərbaycan Prezidenti və bir sıra yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.