• 8 °C
|

İranın Ali Rəhbəri Körfəz ölkələrinə ABŞ hərbi bazalarını mümkün qədər tez bağlamağı tövsiyə edib – YENİLƏNİB

12 Mart 2026
img

“Son hücum zamanı bəzi hərbi bazalardan istifadə edildi. Təbii ki, biz də əvvəlcədən açıq xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə qarşı birbaşa təcavüz etmədən, yalnız həmin bazaları hədəf aldıq”.

APA xəbər verir ki, bu barədə İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.

O, bundan sonra məcburi şəkildə qonşu ölkələrdəki hərbi bazaları vuracaqlarını qeyd edib: “Biz yenə də qonşularımızla dostluğun zəruri olduğuna inanırıq”.

Müctəba Xameneni həmin ölkələri “İrana hücum edənlərlə bağlı” mövqelərini aydınlaşdırmağa çağırıb və tövsiyə edib ki, həmin hərbi bazaları mümkün qədər tez bağlasınlar.

***

17:28

Biz qonşularla dostluğa inanırıq.

APA xəbər verir ki, bu barədə İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.

Biz qonşularla dostluğa inanırıq, yalnız hərbi bazaları hədəf alırıq və zərurətolduğunuüçün bunu davam etdirəcəyik”, – o qeyd edib.

İran hərbçilərinətəşəkküredən Müctəba Xamenei xalqa birlik çağırışı edib, onları Qüds Günü yürüşündə iştiraka dəvət edib.

Eyni zamanda, o, Ali Rəhbər seçilməsi ilə bağlıEkspertlər Məclisinin qərarındanİranın televiziya kanalı vasitəsilə xəbərdar olduğunu diqqətə çatdırıb.