• 8 °C
|

Füzulidə mina partlaması nəticəsində bir nəfər ölüb

12 Mart 2026
img

Füzulidə mina hadisəsi baş verib – atla minaya düşən çoban həyatını itirib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır