• 8 °C
|

İsrail ordusu “Hizbullah”ın maliyyə şəbəkəsinin ofisini vurub

12 Mart 2026
img

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “Hizbullah”la əlaqəli olan Əl-Qard əl-Həsən kredit və maliyyə assosiasiyasının ofisinin yerləşdiyi Zuqaq Blat məhəlləsinə dəqiq zərbələr endirib.

APA xəbər verir ki, bu barədə TASS-a Livanın Mülki Müdafiə İdarəsinin əməkdaşı məlumat verib.

“Beyrutdakı Zuqaq Blat məhəlləsindəki Səlim Salam küçəsindəki binanın birinci mərtəbəsinə bir neçə raket atılıb və binada yanğın baş verib”, – mənbə bildirib.