14 Mar 2026

İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi Ukraynanı zərbələrlə hədələyib.
APA xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
İranlı deputat Ukraynanın bütün ərazisinin qanuni hədəf hesab edilməsinə çağırıb:
"Ukrayna İsrailə pilotsuz təyyarələrlə dəstək verməklə faktiki olaraq müharibəyə cəlb olunub. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bu, onun bütün ərazisini İran üçün qanuni hədəfə çevirib."