14 Mar 2026

Neftçala rayonunda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.