• 10 °C
|

Bəhreynin ordusu İrana məxsus 125 raket və 203 PUA-nı vurub

15 Mart 2026
img

Regionda gərginliyin başlamasından bəri Bəhreynin hava hücumundan müdafiə sistemləri İranın krallığa qarşı hava məkanına atdığı 125 raket və 200-dən çox PUA-nı məhv edib.

APA xəbər verir ki, bu barədə Bəhreynin Müdafiə Nazirliyi məlumat verib.

"Müharibənin əvvəlindən bəri hava hücumundan müdafiə qüvvələrimiz İrandan Bəhreynə atılan 125 raket və 203 PUA-nı aşkar edərək vurub", – məlumatda deyilir.