16 Mar 2026

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
APA xəbər verir ki, spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.
Təklif alqışlarla qarşılanıb.