19 Mar 2026

Gəncədə 34 yaşlı şəxs bıçaqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü R.Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.