• 14 °C
|

Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

13 Yanvar 2025
img

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Bakıya rəsmi səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, səfər çərçivəsində Maka Boçorişvili həmkarı Ceyhun Bayramovla, eləcə də digər rəsmilərlə görüşlər keçirəcək.

XİN başçısı həmçinin Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında iştirak edəcək