• 26 °C
|

XİN: Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb

18 İyul 2026
img

Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya məlumat verilib.

“Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində, 17 iyul tarixində “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – məlumatda deyilir.